CLARK SE16/20 Seriyalı Elektrik Forkliftləri
CLARK SE16/20 seriyalı elektrik forklitləri yüksək performans, maksimum təhlükəsizlik və əla ergonomika təklif edir. Bu elektrik balanslaşdırıcı yükləyicilər logistika proseslərinin fasiləsiz işləməsini təmin edir – və tamamilə emissiyasızdır.
Ən müasir SMART displeyimiz vasitəsilə operator bütün vacib idarəetmə parametrləri barədə məlumat alır. İki güclü, azsəsli sürücü mühərriki və uzunömürlü dizaynı ilə SE16-20 modelləri elektrik forklitlərinin yeni nəslini təmsil edir – və bu nəsil SMART, GÜCLÜ və TƏHLÜKƏSİZDİR.
| Yükgötürmə qabiliyyəti | maksimum 2000 kg @500 mm LSA |
|---|---|
| Sürücü mühərrikinin gücü | 2x 4,4 kVt |
| Qaldırma hündürlüyü | maksimum 7075 mm |
| Akkumulyator gücü (qurğuşun-turşu versiyası) | maksimum 625 Ah |
| Akkumulyator gücü (litium-ion versiyası) | maksimum 460 Ah |
| Sürət | maksimum 15 km/saat |